Huawei ağıllı saatlar üçün yeni patent almağa hazırlaşır.

Hal-hazırda bazarda ağıllı saatlara maraq yüksəlib və istehsalçılar yeni dizaynda və yeni özəlliklərlə saatları təqdim edirlər. 2018-ci ildə ilk yeniliyi Huawei etməyə hazırlaşır. Beləki Huawei ağıllı saatlar üçün yeni patent almağa hazırlaşır. World Intellectual Property Organization (WIPO)-a müraciət edən Huawei, ağıllı saatlarda kəmərlərin çox rahat dəyişilməsi üçün yeni dizayn hazırlayıb. Huawei bu dizaynın  müştərilər tərəfindən çox seviləcəyinə və öz istədikləri kimi kəmərlərini dəyişə biləcəklərini qeyd edib. Bu dizayn bazardakı digər marka saatlardakı kəmər hissəsindən tamamilə fərqlənir. Yan düymələri sıxmaqla, kəmərləri rahat çıxardıb dəyişə biləcəyinizi şəkildən aydın şəkildə görürsünüz. Bu isə istifadəçilər üçün çox rahat üsuldur. Asanlıqla 10 saniyə ərzində kəməri dəyişmək mümkün olacaq.