İsveçrənin məşhur Tag Heuer firması ilə ABŞ-ın texnologiya nəhəngi birliktə yeni bir ağıllı saat istehsal edib. Beləki, 1600 dollar qiyməti olan bu saat Android 2.0 əməliyyat sisteminə sahibdir. Tag Heuer Connected Modular 45 adlanan bu saatın bəzi yeniliklərlə gəldiyini deyə bilərik, çünki adından da göründüyü kimi modular funksiyaya malikdir. Bu o deməkdir ki, alıcı saatı sifariş edərkən saatı özü dizayn edəcək. Firma alıcıya seçim imkanları geniş olan bu detallardan hər detala uyğun olaraq özü istədiyi forma, rəng, saat əqrəbləri, qayış və s. ağlınıza gələ biləcək hər detalı dəyişmək imkanı verir.
Tag Heuer Connected Modular 45 tamamilə metaldan istehsal olunub və 1.39 düym AMOLED ekran, NFC, Wi-Fi, Bluetooth kimi özəlliklərə sahibdir. Şirkət başqa ağıllı saatlardan fərqli olaraq, Modular 45-i 30 saatlıq batareya ömrü ilə istehsal edib. 30 metr dərinliyə qədər su keçirməyən saat, həm də GPS funksiyası ilə təchiz olunub.