Galaxy S8+ modelinin 2 kameralı dizaynını əks etdirən görüntülərin ortaya çıxmasından sonra bu görüntülərin Note 8 modelinə aid olduğu xəbəri yayılmışdı. Əlavə olaraq Galaxy Note 8-in arxa paneldə 2 kamera özəllikli ilk Samsung smartfonu olacağı iddia edilirdi.
Dünən yayılan bir məlumatda isə Galaxy Note 8-in Samsung-un ilk 2 kameralı smartfonu olmayacağı deyilir. İddiaya görə Samsung bu özəlliyi ilk C seriyasına tətbiq edəcək. C seriyasına məxsus yayılan 1 şəkil də bu iddiaya əsas verir.
Şəkildən də göründüyü kimi kameralar və led fleşlər şaquli yerləşdirilmişdir. Yeni Galaxy C modelinin təqdimatının 9 mayda olacağı deyilir. Bu modelin Snapdragon 660 çipseti ilə gücləndiriləcəyi və ilin 2-ci yarısında satışa çıxacağı da yayılan son məlumatlar arasındadır.