Samsung-un təqdimatı yaxınlaşan yuxarı səviyyə telefonları Galaxy S8 və Galaxy S8 Plus ilə bağlı xəbərlərin olduqca çox gəldiyi vaxtda şirkətin payız aylarında çıxması gözlənilən fableti Galaxy Note 8 haqqında da bir çox xəbərlər yayılıb.
Bu gün Galaxy Note 8-ə aid olduğu iddia edilən bir dizayn sxemi yayılıb. Sxemə görə Galaxy Note 8 Galaxy S8 modelləri kimi ultra incə çərçivəli ekrana sahib olacaq. Note 7-dən fərqli olaraq öndəki "Ana ekran" düyməsi yoxdur. Bu da barmaq izi sensorunun telefonun arxasına köçürüləcəyinə və ya ekranın müəyyən bir hissəsində yerləşdiriləcəyinə inanmağımıza səbəb olur.
Eyni xəbərər görə Galaxy Note 8 Snapdragon 835 / Exynos 9XXX prosessor, 6GB RAM, 256GB daxili yaddaş, 6,4 düymlük QHD+ və ya 4K Super-Amoled ekran özəlliklərinə sahib olacaq.
Aşağıda qeyd etdiyimiz sxemi görə bilərsiniz.