Hal-hazırda mobil cihazların sistemləri inkişaf etdirildiyi üçün tələb olunan yaddaş da artır. Bəzən daxili yaddaş kifayyət etmir və biz yaddaş kartlarından (SD kart) istifadə etməli oluruq. Hal hazırda 128GB, 256GB, 400GB-lıq yaddaş kartlarının olduğunu bilirik. İnteqral Memory dünyada ilk dəfə olaraq 512 GB micro SD kartların istehsalına başlayacaq.
MicroSDXC şəklində olan bu kart bazarda Android telefonlar və planşetlərdə işləməsi ilə yanaşı, həmçinin Surface Pro kimi kompüter sistemləri ilə də uygunlaşacaq
Fevralda satışı planlaşdırılan kartın Amazonun üzərindən 250 dollardan yüksək qiymətə satılması gözlənilir.
UHS-I U1 standartına sahib olan kart məlumat ötürülməsi sürətində 80 MB / s-ə qədər çıxa bilir. Video Speed Class 10 (V10) standartı ilə sürətli video faylları köçürürülməsini təmin edir. Şirkət yeni yaddaş kartını bir çox Android telefon və planşet ilə ilə test etmiş və uğurlu nəticələr almışdır. Artıq bu gün smartfonların əhəmiyyətli bir hissəsi 2TB-ə qədər yaddaş kartını dəstəkləyir. Bu baxımdan uyğunlaşma məsələsində bir problem olmayacaqdır. Lakin, şirkət Full HD video həllinə daha çox diqqət yetirir. Bu baxımdan 4K video ötürülməsində performans aşağı düşə bilər. Yeni yaddaş kartı üçün qiymət hələ açıqlanmayıb ,lakin bazarda 250 GB-dək 400 GB-lik microSD kartlar 250 dollar çərçivəsində olduğundan yeni yaddaş kartının qiymətinin 250, 300 dollardan yuxarı olması gözlənilir.