Samsung mövcud GDDR5 yaddaş kartına nisbətən iki dəfə sürətli və sıxlıq səviyyəsini təklif edəcək 16 gigabit (Gb) GDDR6 yaddaş modulunun istehsal olunduğunu elan etdi. GDDR6 gələcək nəsil qrafik kartları və sistemlərindəki ciddi rolu ilə vurğulanaraq, sıxlığı, performansı və enerji səmərəliliyi ilə diqqət çəkir. 8K Ultra HD video işlənməsi, virtual reallıq (VR), inkişaf etmiş reallıq (AR) və süni intellekt baxımından 16 Gb GDDR6 fərq yaradacaq. "ShiftdeIete" nin xəbərinə görə Samsung 11 yanvarda Aquabolt adı ilə ikinci nəsil HBM2 istehsalına başladığını elan etmişdi. Bu çiplər superkompüterlər və yüksək səviyyəli qrafik kartlarda istifadə ediləcək. Hər pin üçün sürəti 2,4 Gbps -a çatacaq yaddaş çipləri GDDR5 yaddaşından 9,6 dəfə daha sürətlidir. Həmçinin paket başına cəmi 307 Gb / s bant genişliyinə də sahib olacaq.