Son zamanlarda meydana çıxan bir çox söz-söhbətlər PlayStation 5-in 2018-ci ildə çıxacağı ilə bağlı idi. Ancaq PlayStation 5 yəqin ki, daha uzaq bir tarixdə çıxacaq.
PlayStation 4 və Xbox One-ın bazara çıxarılmasından beş il keçib. Bu da yeni oyun konsolları üçün pul yığmağa başlamaq istəyən konsol oyun həvəskarlarını həyəcanda saxlayır.
Ötən ay boyunca açıqlamalar verən bir çox oyun developer-ləri konsolun bu il çıxacağı ilə bağlı şayiələri rədd edir. Hətta Jason Schreier adlı oyun bloqqerinin bu developerlərdən ikisi ilə apardığı müsahibədə bu developerlər Sony-nin yeni məhsulu haqqında olan planlarını yaxşı bildiklərini və növbəti PlayStationun 2018-ci ildə çıxmasının mümkün olmadığını, ancaq bu planın tez-tez dəyişdiyini də bildirdilər.
Açıqlama verən bir çox developer mövzu ilə əlaqədar informasiyaya sahib olmadıqlarını bildirdilər. Hətta Sony-nin birinci dərəcəli studiyalarındakı işçilər də PlayStation 5–in varlığı haqqında məlumatsız olduqlarını bildirdilər.
Belə görünür ki, PlayStation 5-in yaxın zamanda çıxmayacağına dair sübutlar çıxacağına dair söz-söhbətlərdən daha realdır.