iPhone və iPad-ə gözlənilən oyun gəlir!

iPhone 7-nin fəaliyyətində Apple və Nintendo dekabr ayında Mario-nun iOS cihazlarına gələcəyini açıqladı. Nintendo bu gün tam tarixi açıqladı: 15 dekabr. 15 dekabr tarixində iPhone, iPad və iPod Touch cihazlarında Super Mario Run oynaya biləcəksiniz. Oyunun sınağı pulsuz olacaq, 10 $ ödəyərək oyunun tam versiyasını əldə edə biləcəksiniz .   Çıxış tarixi gəldiyi zaman Super Mario Run 151 ölkədə yayımlanacaq və 10 fərqli dil variantına sahib olacaq. İngilis, Yapon, Alman, Fransız, İspan, Portuqal, İtalyan, Holland, Rus və Çin dillərində təqdim ediləcək oyunda hələlik Azərbaycan dili təəssüf ki, yoxdur. Oyunun dəstəklənməsi üçün cihazınızın minimum iOS 8.0 əməliyyat sistemi ilə çalışması lazımdır.   Nintendo gələcəkdə Mario-nun Android cihazlara da gələcəyi açıqladı, ancaq qəti bir tarix söyləmədi .