PES seriyasının yeni oyunu Honkonq PlayStation Network-də səhvən siyahıya salındı və oyun barədə bir çox detal və ekran görüntüləri sızmış oldu.
Xüsusilə, FIFA-nın "hücumlarından" sonra əvvəlki cazibədar günləri üçün darıxan PES seriyası hər şeyə rəğmən sadiq müştəri kütləsini qorumağı və müəyyən satış rəqəmlərini əldə etməyi hər zaman bacarır. Amma FIFA PES-in cəm olaraq 100 milyon satış rəqəmini özünün sadəcə son 2 oyununda əldə etmişdi.
İndi isə 2018-ci ilin sentyabrında çıxacaq PES 2019 haqqında mediyaya yayılan məlumatlara nəzər salaq.
Oyunda olacaq yenilikklər:
David Beckham PES 2019-da
- Liqaların sayı artacaq
- MyClub rejimi yenidən işlənilib: Həftənin oyunçusu, ayın oyunçusu kimi xüsusi yeniliklər əlavə ediləcək
- Yeni zərbə və ötürmə animasiyaları və 11 ədəd fərqli fənd animasiyası əlavə ediləcək
- 4K HDR dəstəyilə axıcı və həqiqi qrafikalar təqdim ediləcək
- Master League rejimi yeni liqalar və həqiqi transfer sistemi ilə daha zövqlü olacaq
Hər il olduğu kimi, bu il də eyni həyəcanverici vədlər verilir. Lakin baxaq görək, oyun gözləntiləri qarşılayacaq, yoxsa yox.