PES 2019 üçün ilkin informasiyalar meydana çıxmağa başladı. Konami tərəfindən hazırlanan oyun necə olacaq? Və ən əsası, Konami-nin ən mühüm oyun seriyalarından olan PES 2019 nə zaman çıxacaq? Beləliklə, bütün suallara cavab veririk.
PES 2019 haqqında bütün bilinənlər
PES 2019 xəbərləri indidən hər yeri doldurmağa başladı. E3 2018 oyun sərgisindən əvvəl elan olunması gözlənilən oyun futbol oyunları rəqabətində önəmli bir yer tutur. Ötən il PES 2018 oyunu ilə həqiqətən də keçmiş səhvlərindən dərs aldığını sübut edən, ancaq bu dəfə də istədiyimiz düzəlişləri etməməyi ilə tənqid edilən oyun bu dəfə futbol oyunları tarixini dəyişdirmək istəyir.
Kojima Productions tərəfindən hazırlanan Fox Engine PES-in oyun mühərriki olaraq istifadə olunacaq. İlk dəfə Metal Gear Solid V ilə idarə olunan Fox Engine keçmiş oyunların da bünövrələrindən idi. PES 2019 rəsmi treylerləri hələ ki, çıxmayıb. Ancaq bu il də vizual baxımdan inkişaf etdirilmiş bir oyun görəcəyimizə indidən əminik. Bundan başqa, uzun müddətdir mübahisələrə səbəb olan oyunun fiziki xüsusiyyətləri Fox Engine-nin töhvəsilə daha üstün nöqtəyə çıxarılacaq.
Texniki baxımdan vacib bir məqam isə PS4 və Xbox One X üçün 4K oyun rejiminin gəlməsidir. Yeni oyun hər iki konsolda da 4K 60fps ilə işləyəcək.
PES-in brend meneceri Adam Bhatti 2013-cü ildə işə başlayandan sonra PES seriyalarında önəmli dəyişikliklər həyata keçirildi. Bhatti oyunda çox radikal qərarlar verildiyini bir açıqlamasında bildirmişdi. Görünür, PES 2019 oyun sektoruna liderlik edən bir iş olacaq. Baş verənlərdən yaxşı xəbərdar olan EA Sports da Konami-nin Tokiodakı studiyalarını yaxşıca nəzarətdə saxlayır.
Süni zəka texnologiyası mənasında əhəmiyyətli inkişaf olacaq. Uzun müddətdir toxunulmayan Become A Legend rejimi yenilənəcək. Random Selection ilk dəfə onlayn olaraq da istifadə oluna biləcək. Bundan başqa, oyunun təqdimat forması və interfeysi də xeyli dəyişəcək.
PES 2019-un çıxış tarixi və qiyməti
PES 2019-un çıxış tarixi rəsmi olaraq müəyyən olunub. Oyun 12 sentyabr 2018-ci ildə təqdim olunacaq. PES 2019-un qiyməti isə hələlik 60-70 avro/dollar arası olacağı proqnozlaşdırılır.
PES 2019-un sistem tələbləri:
Minimum sistem tələbləri:
Əməliyyat sistemi: Windows 7-8/8.1-10
Prosessor: Intel Core i5-3450 3.1 GHz və ya AMD FX-4100 3.6GHz
RAM: 8 GB
Ekran kartı: 2 GB GeForce GTX 650 və ya Radeon HD 7750
DirectX: Version 11
Sərt diskin boş sahəsi: 30 GB
Tövsiyə edilən sistem tələbləri:
Əməliyyat sistemi: Windows 10 x64
Prosessor: Intel Core i7-3770 3.4 GHz və ya AMD FX-4170 4.2 GHz
RAM: 8 GB
Ekran kartı: 2 GB Nvidia GeForce GTX 660 və ya AMD Radeon HD 7950
DirectX: Version 11
Sərt diskin boş sahəsi: 30 GB