Əfsanəvi God of War oyununun yaradıcısı oyuna gələn müsbət rəyləri oxuyarkən sevincindən ağladı. [VİDEO]

Santa Monica Studios-un ən çox gözlənilən oyunu God of War-ı artıq PS4 platformasında oynamaq mümkündür. Oyunun yayımlanmasından sonra müsbət reaksiyaları görən Cory Barlog göz yaşlarını saxlaya bilmədi.

God of War yeni qrafikası ilə dünya miqyasında bir çox məcralarda və oyun tənqidçiləri tərəfindən ən yüksək qiyməti almışdı. Tarixin ən yaxşı konsol oyunları sırasında olan God of War yenə də ənənəsinə sadiq qalaraq möhtəşəm oyun texnikaları və qrafikası ilə oynayan hər kəsi heyran etdi.

Oyunun səsləndirməsi almanaca, ingiliscə, italyanca, fransızca, altyazıları almanaca, ingilizcə, italyanca, fransızca, türkcə, hollandcadır. Faylın həcmi 42.58 GB-dir

Bu  linkə daxil olaraq 299 TL-yə (125 AZN) satılan God of War oyununu PlayStation Store-dan əldə edə bilərsiniz.

God of War-ın PS4-də yayımlanması insanların marağına səbəb oldu və sosial mediyada çox müsbət fikirlərlə qarşılandı.

Bundan sevinc hissi duyan God of War-ın direktoru Cory Barlog izləyiciləri ilə paylaşdığı canlı yayım videosunda oyuna gələn müsbət dəyərləndirmələri oxuduqdan sonra göz yaşlaırını tuta bilmədi. Canlı videoda keçirdiyi hissləri paylaşan Cory Barlog oyunun ərsəyə gəlməsi üçün keçirdiyi çətin 5 illik müddəti də açıqladı.