Yeni Spider-Man oyunu sentyabrda PS4 istifadəçiləri ilə qovuşacaq

Azərbaycanca Hörümçək Adam və ya daha geniş istifadə olunan adı ilə Spider-Man cizgi-roman dünyasının ən populyar super qəhrəmanlarındandır. Həm filmlərdə, həm də oyunlarda böyük marağa səbəb olan “Məhəlləmizin qəhrəmanı” yeni bir oyunla heyranlarının qarşısına çıxmağa hazırlaşır. Bu oyunu ilk olaraq PlayStation 4 sahibləri sınaya biləcək. Spider-Man PS4 sahiblərilə 7 sentyabr tarixində yeni oyunu ilə qovuşacaq.

Yeni Spider-Man oyunu həm oyun sevərlər, həm də cizgi-roman heyranları tərəfindən uzun müddətdir gözlənilir. Oyun ilk dəfə E3 2007-də Sony-nin təşkil etdiyi tədbirdə PlayStation üçün oyunlardan biri kimi təqdim olunmuşdu.

Yeni Spider-Man oyununun istehsalçısı Insomniac-dır. Insomniac Rachet & Clank və açıq dünyada keçən aksiyon oyunu Sunset Overdrive ilə məşhurlaşmışdı. Yeni Spider-Man oyununun da Marvel-in yaratdığı sərhədlər çərçivəsində oyunsevərlərə oxşar bir sərbəstlik təqdim edəcəyi düşünülür.

Qeyd edək ki, Spider-Man sahibləri ilə sentyabr ayında qovuşsa da oyun PlayStation Store və Amazon vasitəsilə ön sifarişə təqdim edilib. Oyunun standart versiyasının satış qiyməti 59,99 $-dır.