OnePlus 6-nın özəllikləri və qiyməti məlum olub

Maraqla gözlənilən cihazın texniki göstəriciləri və qiyməti haqqında məlumatlar yayılıb.

Çinli smartfon istehsalçısı OnePlus, son illərdə istehsal etdiyi cəzbedici və güclü bayraqdar smartfonları SamsungApple kimi firmalar ilə nisbətdə daha münasib qiymətə satışa çıxararaq istifadəçilərin rəğbətini qazanmağı bacara bilir. Bugün Çində şirkətin yeni bayraqdar smartfonu olması gözlənilən OnePlus 6 modelinin özəllikləri və qiyməti məlum olub. 

Çinin sosial medya  paylaşım saytı olan Weibo-da yayılan görüntü Apple, Samsung və Huawei-in bayraqdar smartfonlarının özəlliklərinin və qiymətlərinin yer aldığı bir siyahıda OnePlus 6-nın da özəlliklərini və qiymətini bizə göstərir. Belə ki, cihaz bizləri çox təəccübəndirməyəcək, çünki gözlədiyimiz kimi OnePlus 6-nın rəqiblərinə bənzər texniki göstəriciləri və rəqiblərindən daha ucuz qiyməti olacaq. 

Qualcomm-un ən güclü prosessoru Snapdragon 845 ilə işləyəcək OnePlus 6 smartfonu 6 və 8GB RAM-a və 256GB daxili yaddaşa sahib olacaq. 6,2 düymlük ekran, 16MP və 20MP keyfiyyətli qoşa kamera kimi özəllikləri olan cihaz 750 dollarlıq qiyməti ilə əvvəlki münasib qiymətindən olduqca uzaqlaşıb. 

İlin əvvəllərində ortaya çıxan bir başqa OnePlus 6 məlumatı cihazın dizaynını nümayiş etdirirdi. Görüntüyə əsasən bunu demək olar ki, çıxıntılı dizaynı ilə diqqət çəkən cihaz tamamilə şüşə gövdəyə və qoşa arxa kameraya sahib olacaq.