Ən güclü Android OnePlus 3T sürət testində iPhone 7 ilə qarşı-qarşıya!

Görək hansı telefon hansı tətbiqləri daha tez açır.
AnTuTu testlərində ən çox xal toplayan Android əməliyyat sistemli telefon OnePlus 3T-dir. Bu gün yayılan Samsung Galaxy S8-in test nəticələri doğrudursa OnePlus 3T Android cəbhəsində zirvədəki yerini Galaxy S8-ə verməli olacaq. Bu xəbərdə sizlərə hal-hazırda ən güclü Android olan OnePlus 3T-nin sürət testində iPhone 7 ilə qarşılaşmasını təqdim edirik. Videodan da görürük ki, iPhone 7 rəqibinə çox böyük fərqlə qalib gəlir.