OnePlus 5-in Galaxy S8-i geridə qoyacaq 5 özəlliyi!

OnePlus 5 olduqca münasib qiymətə çox yüksək performans tədqim edəcək!
Hər kəs Galaxy S8-dən danışır və bu smartfonun sifarişləri rekord qırır. Çində kiçik bir şirkət Android platformasında Galaxy S8-dən dizayn və performans olaraq daha yaxşı bir cihaz istehsal edir, lakin bu haqqda az adam xəbərdardır. Söhbət OnePlus şirkəti və onların təqdimatı yaxınlaşan smartfonu OnePlus 5-dən gedir.

Çinlilər 4 rəqəmini uğursuz adlandırır və buna görə də şirkət OnePlus 3-dən sonra OnePlus 5-i satışa çıxaracaq. OnePlus 5 yüksək performanslı və daha uyğun qiymətli smartfondur. Haqqlı olaraq da ona "üst seqment telefonların qatili" adı qoyulub.

İndi isə OnePlus 5-in Galaxy S8-i geridə qoyacaq 5 özəlliyi ilə tanış olaq.

1. Galaxy S8-dən daha incə ekran çərçivəsi və Ana ekran düyməsi olmayan dizayn

Çindən gələn məlumatlara görə OnePlus 5 çox incə ekran çərçivəsinə sahib olacaq və kənarlarda istifadə edilən materiala görə bu çərçivə hiss olunmayacaq. Bu da "all screen" (tam ekran) dizaynı deməkdir.

Bir başqa məlumata görə də OnePlus 5-də Ana ekran düyməsi olmayacaq. Ümid edirik ki, şirkət barmaq izi sensorunu Samsung kimi kameranın yanına deyil, daha məntiqli bir hissəyə yerləşdirəcək. Dizayn haqqında sonda qeyd edək ki, OnePlus 5-in Galaxy S8-ə nisbətən daha cəlbedici və daha titiz bir dizaynda olması gözlənilir.




2. 2017-ci ildə satışa çıxacaq smartfonlara nisbətən daha çox RAM dəstəyi

Hər birimiz bilirik ki, smartfonların performansı bütünlüklə RAM-dan asılı deyil amma OnePlus 5-in 8GB RAM özəlliyinə sahib olması çox diqqət çəkicidir. Onu da qeyd edək ki, hal-hazırda satışda olan OnePlus 3 modeli 6GB RAM-a sahibdir və bu gün bu özəlliyə sahib olan çox az telefon mövcuddur.

Əsasən 4GB və çox az sayda 6GB RAM-la dəstəklənən Samsung Galaxy S8 RAM mövzusunda da OnePlus 5-dən geri qalacaq. Onu da qeyd edək ki, bu modeldə də Galaxy S8-də olduğu kimi Snapdragon 835-dən istifadə olunacaq və ekranın keyfiyyəti 2K olacaqdır.




3. Cüt obyektivli super şarjlı kamera

Kamera mövzusunda isə işlər tamamən dəyişir. Məlumatlara görə OnePlus 5-in arxa kamerası 23MP, ön kamerası isə 16MP keyfiyyətində olacaqdır ki, bu da Galaxy S8-in 12MP-lik kamerasının təxminən 2 qatı qədər keyfiyyət deməkdir. Optik sabitləmənin də olacağı deyilən OnePlus 5-in kamerası haqqında təəssüf ki, başqa məlumat yoxdur.




4. Daha uzun batareya ömrü

3500mAh - 4000mAh arasında bir batareyaya sahib olacağı deyilən OnePlus 5 enerji qənaəti rejimi ilə çox uzun batareya ömrü təklif edəcək. Bu da OnePlus 5-in batareya ömrünün Galaxy S8-in batareya ömründən daha uzun olacağı deməkdir.




5. Eyni özəllikli modellərə nisbətdə daha münasib qiymət

Yuxarıda qeyd olunan özəlliklərin qarşılığında 500 Dollardan daha ucuz bir qiymət təklif olunacaq. Sizcə də münasib deyilmi? Telefonun satışa təxminən 300 $ - 350 $ qiymətlə çıxması gözlənilir.




Sonda qeyd edilməli bir mənfi hal var ki, o da telefonun ABŞ və ya Avropada hər hansısa bir rəsmi satış mərkəzinin olmamasıdır. Ona görə də Çində yaşamayan müştərilər qarantiya və müştəri xidmətlərindən kənarda qalacaq.