Demək olar ki, bütün sürücülərin baş bəlasına çevrilən bir ortaq problem var: Səs siqnalları. Artıq bu problemi kökündən həll edəcək bir yenilik tapılıb. Belə ki, avtomobilinə R2-D2 səs sistemi yerləşdirərək narahatedici olmayan bir səs əldə edən YouTuber nəqliyyatda sürücüləri əsəbləşdirmək yerinə güldürməyi bacarıb.
Ölkəmizdə səs siqnallarını boş yerə istifadə edən minlərlə insan var. Hətta həmin insanlar o qədər çox istifadə edirlər ki, normalda çox az istifadə edən insanlar da məcburiyyət qarşısında qalaraq səs siqnallarından istifadə edir. Məqsədindən fərqli olan hər yerdə eşidilən səs siqnalları bir müddət sonra narahatlıq verir. Buna misal olaraq göstərə bilərik ki, nəqliyyatda yaranan əksər mübahisələrin səbəbi elə məhz səs siqnallarıdır. Səs siqnallarının ən çox istifadə olunduğu an isə işıqforda sarı işığın yandığı andır.
Əslində insanların mübahisə etməsinin səbəbi səs siqnallarının çox narahatedici olmasıdır. Demək ki, bu narahatedici səsi daha xoş bir səs ilə əvəz etsək bu problemi də həll etmiş olarıq.
Mark Rober adlı YouTube kanalında hazırlanan bir videoda siqnal səsini Star Wars-un əfsanə robotu R2-D2-nin səsi ilə əvəz ediblər. Bunun səyəsində insanlar yeni səs siqnalını eşitdikdə əsəbiləşmək yerinə gülümsəyirlər. Mark Rober-in hazırladığı bu maraqlı videonu aşağıdan izləyə bilərsiniz.