Alman avtomobil nəhəngi Mercedes-Benz yeni model avtomobillərinin işəsalma qurğularında meydana gələn istiləşmə səbəbi ilə 1 milyon avtomobilini geri çağırmağa hazırlaşır. İlk cəhdlərdə işləməyən avtomobillər təkrar edilən sınaqlar nəticəsində həddindən artıq isinir və bu səbəbdən alışır.
Bu zamana qədər Alman nəhəngi markanın işədüşmə problemindən qaynaqlı "alışıb-yanan" avtomobil sayı 51 olaraq qeyd edilib. Ancaq bu hadisələrin heç birində yaralanma və ölüm kimi vəziyyətlər yaşanmayıb.
Mercedes-Benz bu problemin yalnız daha əvvəldən motorunda ciddi problemlər olan avtomobillərdə meydana gəldiyini düşünsə də, bənzər hadisələrin davam edə biləcəyi narahatlığı ilə 1 milyon avtomobilini geri çağırmağı planlaşdırır.
2015-2017 illəri aralığında istehsal edilən avtomobillərin problem ilə əlaqədar olaraq geri çağırılacağı güman edilir və ilk çağırılacaq modellərin siyahısı bunlardır: C-Class, E-Class, CLA-Class, GLA və GLC-Class
Şirkətin geri çağırma əməliyyatı ilə əlaqəli ətraflı bir açıqlama etməsi gözlənir.