Avtomobil sektoru çox böyük və hər gün daha da böyüməkdə olan bir sektordur. Avtomobil sahibi olan insanların sayı günü-gündən artır. Bu sayın artması planetimiz üçün nə qədər təhlükəli olsa da insanların avtomobillərə marağı azalmır. İnternetdə yeni modellər axtarıb, bir-birilə müqayisə edib və buna bənzər bir çox şey edirik. Bəs ən çox axtarılan avtomobil markaları hansılardır? Google-un 2016-ci ildəki axtarış məlumatlarına əsaslanan Quicko bir xəritə hazırlayaraq bu suala cavab verdi! 2016-da ölkəmizdə ən çox axtarılan avtomobil markası Hyundai olmuşdur.
Ümumilikdə ən çox axtarılan markaların siyahısı bu şəkildədir:
1.Toyota
2.BMW
3.Honda
4.Hyundai
5.Chevrolet
6.Renault
7.Volkswagen
8.Mercedes-Benz
9.Fiat
10.Peugeot
11.Mini
12.Bugatti
13.Jaguar
14.Suzuki
15.Volvo