NASA minlərlə elmi araşdırma və fəaliyyətdən sonra ilk dəfə insanların dəstəyinə ehtiyac duyub. NASA-nın istəyini hər kəs edə bilər, çünki NASA insanlardan sadəcə bulud şəkilləri istəyir. NASA ətraf-aləmin öyrənilməsi üçün hazırlanan GLOBE proqramı vasitəsilə istifadəçilərin səmadakı buludların fotoşəkilləri çəkib göndərməyini istəyir. Təqdim edilən fotolar sayəsində fərqli coğrafiyalardakı müxtəlif iqlim və bulud növlərinin müəyyənləşdirilməsi məqsədi güdülür.
"GLOBE proqramı müxtəlif müşahidələr aparmaq üçün insanlara necə ehtiyacımızın olduğunu göstərir. Qışdan yaza doğru getdikcə havalar dəyişəcək, eyni zamanda buludlar da dəyişəcək" deyə NASA-nın təhsil mütəxəssisi Marile Colon Robles bildirib.
Fotoşəkilləri 15 mart - 15 aprel aralığında göndərmək mümkündür. Proqramda iştirak etmək üçün heç bir xüsusi tələb yoxdur. Buludların fotoşəkillərini qeyd etmək üçün iOS və ya Android sistemli smartfonlarınıza “GLOBE Observer” tətbiqini yükləməlisiniz. Bundan sonra isə tətbiq vasitəsilə qarşılaşdığınız buludların fotolarını qeyd edib göndərməlisiniz. Ən çox foto göndərən istifadəçilər video və veb sayt vasitəsilə proqramın sonunda elan olunacaqlar. Proqramın son günü olan 15 aprelə kimi gündəlik ən çox 10 şəkil yükləyə bilərsiniz. GlOBE Observer tətbiqini aşağıdakı keçidlərdən yükləyə bilərsiniz:
iOS cihazlar üçün yükləmə keçidi - Yüklə!
Android cihazlar üçün yükləmə keçidi - Yüklə!