Freedom 251 qiymətinin 4 dollar olması ilə olduqca diqqət çəkmişdi. Ancaq 4 dollarlıq Android telefon Freedom 251-in qurucusu bu gün fırıldaqçılıq səbəbi ilə həbs olunub.
Qiymətinin 4 dollar olması və Android ƏS ilə işləməsinə görə bu mobil telefon uzun müddət müzakirə obyekti olmuşdu. Sadəcə Hindistanda satışa çıxan Freedom 251 ölkənin aşağı gəlirli təbəqəsi tərəfindən böyük diqqət görmüşdü. Ancaq bu gün Freedom 251 üçün işlərin heç də qaydasında olmadığı məlumatları yayıldı.
Freedom 251-in istehsalçı şirkəti Ringing Bells-in qurucusu Mohit Goel son zamanlarda haqqında olan fırıldaqçılıq iddiaları səbəbi ilə bir neçə dəfə polis nəzarətinə alınmışdı. Mohit Goel bir məhsul paylayan şirkətin şikayəti əsasında bu gün həbs olunub.
Polisdən verilən açıqlamaya görə The Freedom 251-i istehsal edən şirkət sifarişlərini hazır edə bilməyir və müştərilərini ölümlə hədələyir. 45000 dollar məbləğində cihaz sifariş edən məhsul paylayan şirkət sifarişlərinin çatdırılmaması bir yana, həm də ölümlə hədələndiklərini iddia edir. Mohit Goelin hələlik neçə il həbsdə qalacağı bilinmir.