NASA Stephen Hawking-in Alpha Centauri səfəri üçün kömək edir
NASA Stephen Hawking və Rus sərmayəçi Yuri Milnera Dünyaya ən yaxın ulduz və ulduz sistemi olan Alpha Centauriyə kiçik bir kosmos aparatı göndərmə layihəsində köməkçi olmağa hazırlaşır. "Project Starshot" olaraq xatırlanan cəhddə "StarChip" adını daşıyan kiçik bir gəmi istifadə ediləcək.
İşıq sürətinin beşdə biri sürətinə çatması nəzərdə tutulan kosmos gəmisinin 20 il içində bu ulduza çatması planlaşdırılır. Ulduzlar arası radiasiya bu səfərin ən çətin problemləri arasında yer alır. NASA bu problemin həllinə kömək olmağı məqsəd qoyub.
Standart kosmos gəmilərindən 1000 qat daha sürətli gedə bilməsi üçün StarChip-in olduqca yüngül olması lazımdır. Optimal üsullardan biri kimi StarChip-in Alpha Centauridə gediş yolunu dəyişdirmək göstərilir. Ancaq bunun da radiasiya problemini həll etmədən səfər müddətini artıracağı deyilir.