Lenovo E3 2018-də yeni Gaming notebooklarını təqdim etdi. Yeni notebooklar Legion seriyasına aiddir və dizaynları fərqlidir digər modellərdən. Yəni şirkət dizayn baxımndan dəyişiklik edib və daha kəskin xətlərdən istifadə edərək daha cəlbedici bir görünüş yaradıb. Legion Y530 və Y730 modelləri haqqında sizlərə məlumat verəcəyik.
Lenovo Legion Y530 modeli İntel Core İ5 8300H və İntel Core İ7 8750H prosesoru ilə təchiz edilərək satışa çıxarılacaq. Ekran kartı hissədə GTX 1050 və GTX 1050Tİ olacaq. 32 GB ram-a qədər yüksəlməyə sahib olacaq və 512 GB SSD, 2 TB-lik yaddaş seçimləri olacaq. 60 Hz və 144 Hz ekran təzələmə sürətinə maklik növləri olacaq. Ekran paneli Full HD və 15.6 düym olacaq. Təxmini olaraq 5 saatlıq batareya ömrü vəd edir Lenovo. Qiyməti 930 dollardan başlayacaq. 144 Hz versiya isə 1230 dollardan başlıyacaq.
Lenovo Legion 730 modeli isə 15.6 və 17 düymlük modelləri olacaq. Y530-da olduğu kimi İntel Core İ5 8300H və İntel Core İ7 8750H prosesorları ilə təchiz ediləcək. GTX 1050Tİ ekran kartı ilə gələcək. 8 GB -dən 32 GB ram-a kimi yüksəltmə olacaq. 128-dən 512 GB-a kimi SSD dəstəyi və 1 TB yaddaş seçimləri olacaq. Klaviturada RGB işıqlandırmaya sahib olacaq bu model. 60 Hz və 144 Hz ekran təzələmə seçimləri olacaq. 15.6 düymlük modeli 1180 dollardan, 17 düymlük modeli isə 1250 dollardan satışa çıxarılacaq. İyul ayından etibarən hər iki model satışda olacaq.