Yeni ağıllı telefon modeli Z5-in iPhone X-in ekranını təqlid etməsindən sonra Lenovo şirkəti bu dəfə də yeni ağıllı saatı Watch X-I tanıdıb. Watch X təzyiq ölçə bilir, suyun altında 80 metrə qədər müqavimətə tab gətirir və Stand-by (Gözləmə) rejimində 45 gün şarjsız işləyə bilir.
OLED ekrana sahib olan ağıllı saat 6 ədəd sensorla təchiz olunub. Bu sensorlar sayəsində hava təzyiqini, ürəyin döyüntü ritmini və təzyiqi də ölçə bilir.
600mAh batareyaya sahib Watch X Bluetooth 5.0 LE-ni dəstəkləyir.
İki fərqli modeli olan Watch X-in qiyməti 47 dollardır. Dəri kəmərli versiya 51 dollaradır.The Watch X Explorer Edition-ın qiyməti 62 dollar, deri kəmərli versiya isə 67 dollardır.