Lenovo-dan tam çərçivəsiz telefon.

Lenovo bu telefonu təqdim etsə, bütün dünya bu telefondan danışacaq.

Lenovo telefon sahəsində dirçəlməyə başlayır. Bele ki, şirkət Lenovo S5, K5 K5 Lite modellərini bazara çıxartdı. Lenovo VP Chang Cheng tərəfindən paylaşılan yeni telefon şəkli digər telefonlardan tamamilə fərqlənir. Şəkildən belə telefonun çox kiçik çərçivəyə malik olacağını görürük. Texmini olaraq cihazın ekran gövdə nisbəti 94% üstü olacaq.

 

Yeni Lenovo telefonunda Vivo APEX-də olduğu kimi gizli kamera yerləşdirilə bilər. Chang Cheng hətta istifadəçilərə yeni telefonun ekran gövdə nisbətini tapmaları üçün sual da verib. Sualın aşağısında isə  ekran gövdə nisbətinə aid faiz dərəcələri verilib.

  1. 80-84%
  2. 85-89%
  3. 90-94%
  4.  95% +

Telefonun çıxıntıya sahib olmadığı haqqında fikirlər var. Əgər Lenovo tam çərçivəsiz telefon təqdim edərsə hərkəs tərəfindən heyranlıqla qarşılanacaq. Amma yeni telefon Essential Phone-da olduğu kimi sadəcə ortada yerləşdirilmiş kamera ilə təchiz edilə bilər. Hal-hazırda Lenovo-un yeni telefonuna rəqiblər aşağıdakı telefonlardır.

 iPhone X ( 84.4% ), Mi Mix 2S ( 81.9% ), Vivo Apex ( 91% ), Essential Phone ( 84.9% ).