Bu telefonları normal telefonlardan tamamilə fərqləndirmək lazımdır, çünki bu telefonların bütün detallarının qatlana bilməsi üçün tam fərqli istehsal olunmalıdır. Elastik batareyalar və elastik ekranlar, çevik plastik keçirici filmlər kimi bir çox parametr istehsal prosesinə daxil olacağından olduqca fərqliliyə ehtiyac var. Telefonun görüntüsünə gəldikdə isə ekran qatlandığında köhnə şəffaf plastik qapaqla örtülü telefonlar kimidir. Telefon qatlana bilmək xüsusiyyətiylə qola tam bir bilərzik kimi oturur. Lenovo-nın tableti isə bu xüsusiyyətlə böyük ekranlı bir phablet telefona çevrilir. Və beləliklə bu erqonomi istifadəçilərinə rahatlıq təmin edəcək. Eyni zamanda bu xüsusiyyət bizlərə böyük ekranlı cihazları yanımızda daşıya bilmək imkanı yaradacaq.
Lenovo bu texnologiyanı 5 il müddətinə satışa çıxaracağını bildirsə də, Bloomberg-in xəbərinə əsasən Samsung 2017-ci ilin fevralında qatlana bilən telefonlarını bazara təqdim edəcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .