Texnologiya.az Teknotalk.com-a istinadən xəbər verir ki ,Terahertz radiasiya , digər adı ilə T-Şüaları kompüterin yaddaşını 1000 qat sürətləndirəcək.
T-Şüaları maqnetik sahə yaradır və yaradılan bu maqnetik sahə ilə kompüterin operativ yaddaşındakı hissəciklər daha sürətli şəkildə sıfırlanır .
Kompüterin sürətini məhdudlaşdıran ən əhəmiyyətli faktorlardan biri də sahib olduqları müəyyən limitləri olan yaddaşlardır. Kompüterin ən kritik parçalarından biri olan RAM faylların sürətlə yazılıb oxunmasına icazə verən bir yaddaş qurğusudur. Bu sahəyə müvəqqəti olaraq yazılan məlumatlar nə qədər sürətli yazılıb silinsə o qədər performans artımı yüksək olacaqdır . T-Şüaları metodu ilə RAM üzərindəki hissəciklər daha sürətli bir şəkildə boşaldılacaqdır . Yeni üsulda Terahertz radiasiya istifadə edilir və yaradılan bu maqnetik sahə köhnə üsullara görə 1000 qat daha sürətli bir şəkildə kompüterin ramını boşaldır.
http://www.teknotalk.com/t-isinlari-bilgisayar-49001/