Dünyanın ən sürətli kompüteri ünvan dəyişdi !

Çinin super kompüteri Sunway-TaihuLight, dünyanın ən sürətli kompüteri seçildi. İldə iki dəfə hazırlanan dünyanın ən sürətli 500 super kompüter siyahısında Çinin super kompüteri Sunway-TaihuLight, 6 dəfə dünyanın ən sürətli kompüteri ünvanını qoruyan, digər Çin istehsalı Tianhe-2 -ni keçərək birinci oldu. 100 PETAFLOP'U KEÇƏN İLK KOMPÜTER! Saniyədə 125,436 petaflop əməliyyat tutumu ilə dünyanın ən sürətli kompüteri seçilən Sunway-TaihuLight, dünyada əməliyyat sürəti 100 petaflop'u keçə bilən də ilk kompüter oldu. Saniyədə 1 katrilyon əməliyyat gücü olan petaflop, dünyanın ən sürətli kompüterlərinin çata biləcəyi sürət vahidi olaraq ifadə edilir. Sunway-TaihuLight, ölkənin şərqindəki Ciangsu əyalətinin Vuşi vilayətində, yenicə açılışı edilən Milli Super Kompüter mərkəzində yerləşir. ÇİN İSTEHSALI prosessorlar istifadə edildi ! Dünyada sürət mövzusunda 6 dəfə birinciliyi əldə edən Tianhe-2 -də, dünyanın ən böyük çip istehsalçısı İntelin prosessorlarından istifadə etdiyi halda, Sunway-TaihuLight- da tamamilə Çin istehsalı prosessorlar istifadə edildi. 6 DƏFƏ zirvədəki yerini qorumuşdu ! Keçən il noyabr ayında edilən sıralamada, Tianhe-2 saniyədə 33,86 petaflop əməliyyat ilə saniyədə 17,59 petaflop əməliyyat edə bilən ABŞ istehsalı Titan'ı iki qat sürətiylə geridə qoyaraq, fasiləsiz altı dəfə zirvədəki yerini qorumuşdu. ABŞ və Almaniyadakı kompüter mütəxəssisləri tərəfindən 1993-cü ildən indiyə qədər, ildə iki dəfə olmaqla, iyun və noyabrda hazırlanan, ''Top 500'' siyahısı, bu sahədə rəhbər sayılır və dünyada ən sürətli super kompüterlərin siyahısını təyin edir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .