Məşhur HDD istehsalçısı olan WD HDD istehsalını dayandırır. Yayılan xəbərlərə görə şirkət Malaziyadakı fabrikini 2019-cu ilin sonuna kimi bağlayacaq. Hal-hazırda istifadəçilərin çoxu SSD almağa təşəbbüs göstərir. Səbəb isə SSD-lərin HDD-lərdən daha sürətli, daha yığcam olmasıdır.
Getdikcə də bazarda HDD-yə tələb azalır. Ona görə şirkət öz fabrikini bağlamağa qərar verib. Malaziyadakı fabrik 1973-cü ildən bəri işləyir. Şirkət bu fabriki bağlayandan sonra cəmi 2 fabriki qalacaq. Həmçinin, şirkət bazardakı SSD payını artırmağa çalışacaq.