Cənubi Koreyalı texnologiya nəhəngi Samsung yenilənmiş Galaxy Note 7 modelini daha kiçik bir batareya ilə satışa çıxaracaq. Bu cihaz SM-N935S model nömrəsinə sahib ola bilər.
WiFi Alliance tərəfindən təsdiqlənən telefon haqqında Android 7.0 Nougat ilə gəlməsi xaricində hər hansısa başqa məlumat yoxdur.