Galaxy Note 9 gözləniləndən daha tez təqdim olunacaq
Samsung-un ən öndə gedən telefonları olan Galaxy S9 və Galaxy S9 Plus fevral ayında Mobil Dünya Konqresində təqdim olunmuşdu. Bunun üstündən az müddət keçməsinə baxmayaraq proqramların hazır edilməsinə daha tez başlayan Samsung, görünür ki, Note 9-u daha tez təqdim etməyi planlaşdırır.
Alınan məlumatlara görə, Samsung Galaxy Note 9-da istifadə olunacaq proqram təminatını təşkil edən firmware-i hazırlamağa başlayıb. Firmware-in üzərində işlərin gözləniləndən daha tez başlaması bizlərə telefonda artıq çipsetin və əsas hardware komponentlərin hazır olduğunu göstərir. Çünki bunlar olmadan firmware üzərində işlərin görülməsi qeyri-mümkündür.
Note 8-i 2017-ci ilin avqustunda təqdim edən Samsung çox güman ki, Note 9-u 2018-ci ilin sentyabr ayında təqdim edəcək.
2 fərqli versiya ilə gəlir
Etibarlı mənbələr tərəfindən verilən məlumata görə, Note 9 üçün 2 fərqli proqram təminatını hazırlanıb. N960FXXE0ARB7 və N960FXXU0ARC5 versiya nömrələrini daşıyan proqram təminatlarından biri Qualcomm Snapdragon 800, digəri isə Samsung Exynos çipseti üçün hazırlanır. Hər zaman olduğu kimi Amerikada Qualcomm çipsetinə sahib olan versiyaları satacaq olan Samsung, digər ölkələrə isə özünün yaratdığı yeni versiyaları gətirəcək.