Galaxy S7 və S7 Edge üçün Android 7.0 Nougat-ın rəsmi olaraq təqdim edilməsi ilə Samsung sevənlər 20-dən çox əlavə və yeni özəllikləri olan bir yeniləmə aldı. Yeniləmə ilə bəzi Galaxy S7 istifadəçilərinin telefonlarının ekran keyfiyyəti aşağı düşmüşdü. Amma bu həqiqətən də narahat olacaq bir səhv deyildi. Quad HD ekran keyfiyyətinə sahib olan bir chazda daha aşağı keyfiyyətə keçmək özəlliyi yüksək qrafikaya ehtyacınız olmayan anlarda daha az enerji sərfinə imkan verir. Bu da yeni enerji qənaəti rejiminin bir parçasıdır.
Şəkildə gördüyünüz kimi Samsung Galaxy S8 ilə yuxarıda qeyd etdiyimiz əməliyyat yerinə yetirilir. Burda diqqət çəkən əsas şey isə ən sağda yeni ekran keyfiyyətinin görünməsidi. Ekranın əsl ölçüləri daha əvvəl görmədiyimiz 2960x1440 pikseldir və nəticə olaraq 18:5:9 ekran nisbəti ilə bağlı deyilənlərin sonda doğru çıxdığını görürük. Univisium adlandırılan bu yeni nisbət LG G6-nın ekranına bənzəyir və ona nisbətən daha uzun, daha dar cihazlarda istifadə edilir.