Telefonun ən yaxşı özəlliklərindən biridə uzun müddət enerji saxlaya bilməsi olacaq. Batereya həcminin 4000-4200 mAh olacağı güman edilir. Bundan başqa mobil telefonda 6 GB RAM, ekranın keyfiyyəti 4096x2160, yəni 4k və 5.2 inç olacağı demək olar ki dəqiqləşib.
Göstərilən şəkildəndə anlaşılır ki, S8-də gəlməsi gözlənilən 2 böyük yenilikdən biri daxili projektor cihazıdır. Yəni bu yenilik sayəsində istədiyimiz hər yerə görüntünü verə biləcəyik. Bu da Samsung-un iPhone şirkətinin bir addım qarşısına keçəcəyini göstərir. Şirkət rəsmiləri projektorun göstərmə keyfiyyətini açıqlamasalar da, görüntünün HD olacağı güman edilir.Yenilik sayəsində film,oyun və s. həyacanının daha da əyləncəli hala gəlməsi cihaza olan marağı artıracaq .
Son olaraq, 2-ci ən böyük yenilik isə təhlükəsizlik bölməsinə aiddir. İris adlanan bu özəllik unikal təhlükəsizlik olan göz oxumasına əsaslanır. Və bu məsələdə də Samsung şirkətinin öz alıcılarının təhlükəsizliyinə önəm verdiyi açıq-aydın görünür. Belə ki, siz gözünüzü cihazın yuxarı hissəsinə tutmaqla cihaz kiliddən açılacaq. İlk zamanlarda bu yenilik hər nə qədər professional şəkildə işləməsə də, növbəti illərdə "göz oxuması" texnologiyası inkişaf edərək bir çox mobil cihazda olacaq.