Qutusunun arxasında qısa məlumat şəklində yazılmış texniki özəlliklər Samsung Galaxy S8+-ın nələrə sahib olacağını aşkara çıxardı.
Şəkildən də göründüyü kimi Samsung Galaxy S8+ qarşımıza 6,2 inçlik Quad HG keyfiyyətində Super AMOLED bir ekran ilə çıxacaqdır. (Ancaq oval kənarlar səbəbi ilə ekran əslində 6,1 inç böyüklüyündədir.) 4 GB RAM, 64 GB daxili yaddaş və MicroSD kart dəstəyi olan cihazda 12MP DualPixel arxa və 8MP ön kamera olacaqdır.
Bundan əlavə iris özəlliyi və IP68 sertifikatına sahib olacaq cihazın qutusunda AKG kimi akustika mövzusunda öz sözünü demiş bir şirkətdən sifariş edilən qulaqcıqlar olacaqdır. Android 7.0 Nougat ilə qutudan çıxan cihaz bizlərə performans cəhətdən mükəmməl olacağını vəd edir.