Facebook yeni bir qlobal müqavilə imzaladı.

Sosial şəbəkələrdə musiqi sevənlər üçün yeni imkanlar yaradılır. Bunun üçün Facebook və Universal Music Group əməkdaşlıq ediblər.

2017-ci ilin dekabrında Facebook və Universal Music Group (UMG) çoxillik qlobal müqavilə imzalayıb. Bu müqaviləyə əsasən UMG video, musiqi və digər sosial fəaliyyətlərinə Facebook, Instagram və Oculus üçün lisenziya alıb. Müqaviləyə əsasən istifadəçilər Facebook, Instagram və Oculus-a UMG musiqisi olan videoları yükləyə və paylaşa biləcəklər. Müqavilə xüsusilə son bir neçə il ərzində müəllif hüquqları pozuntularına məruz qalan DJ-lər və musiqiçilərə müraciət edir. Şübhəsiz DJ-lər və istehsalçılar remikslər və digər musiqi parçaları kimi UMG materialını ehtiva edən videoları yükləyə və paylaşa biləcəklər. Lakin digər iki əsas şirkət Warner Music Group (WMG) və Sony Music hələ Facebook ilə belə bir razılığa gəlməyiblər. Həmin şirkətlərdən lisenziyasız olan videolar və müstəqil fayllar hələ də ləğv edilə bilər. Tərəfdaşlıq musiqiçilər və pərəstişkarları arasında daha dərindən bağ quracaq, istifadəçilərə musiqi vasitəsilə özlərini ifadə etmək, öz sevdikləri mahnıları bölüşmək və musiqi ruhlu mədəniyyət ətrafında birləşmək imkanını verəcəkdir.

 

“UMG” vitse prezidenti Maykl Naş "Facebook" və "UMG" musiqi şirkətləri və sosial platformalar arasında əməkdaşlıq üçün birgə dinamik yeni bir model yaratdıblar. Bu tərəfdaşlıq musiqi müəlliflərinin pərəstişkarları üçün fəaliyyətlərini artırıb daha yaxşı nəticələr əldə etməyi və birlikdə inkişaf etməyi hədəfləyib. Biz Facebookun sənətçilərə, pərəstişkarlarına və dünyaya cürbəcür musiqi nümunələri gətirmək üçün sərmayə qoyan hər kəsə fayda verəcək sağlam ekosistemə mühüm töhfə verəcəyini gözləyirik "-deyib. Bu tərəfdaşlıq çərçivəsində, istifadəçilər lisenziyalı musiqiləri, videoları yükləməyə, Facebook, Instagram və Oculus-da musiqi təcrübələrini fərdiləşdirməyə, dostları və ailələri ilə paylaşmağa başlayacaqlar. Vaxt keçdikcə bu funksionallıq bir çox sosial fəaliyyətlərdən sonra geniş bir musiqi kataloquna giriş imkanı təmin edəcəkdir. Gələcəkdə şirkətlər musiqi sahəsində yeniliklər etmək üçün bu sosial platformanın video və musiqilərini Messenger də daxil olmaqla Facebook plarformalarına təqdimatını sınaqdan keçirəcəklər.