Doritos poketlərindən musiqi dinləmək mümkün olacaq

Doritos poketlərinə qulaqcıq taxaraq musiqi dinləyə biləcəksiniz!
Marvel-in dünən təqdimatı olan yeni filmi Guardians of the Galaxy Vol 2-nin möhtəşəm reklamı ortaya çıxıb. Dünyanın ən məşhur cips markalarından biri olan Doritos ilə ortaq layihə həyata keçirən Marvel sadə cips poketlərini musiqi dinləyə biləcəyimiz hala gətirib.



Ən qəribə reklam kompaniyalarından olan bu hadisə məhdud sayda satışa çıxacaq Doritos poketlərində özünü göstərəcək. Beləliklə də insanlar qulaqcıqlarını Doritos poketlərinə taxaraq Guardians of the Galaxy Vol 2-nin möhtəşəm musiqilərini dinləyə biləcəklər.

Cips poketlərini şarj edərək təkrar-təkrar dinləmək mümkün olacaq. Bu cipslərin ölkəmizdə satılması ilə bağlı hələ ki, bir məlumat yoxdur amma bu qəribə cipslərin ölkəmizdə də satılmasını gözləyirik.



Sonda qeyd edək ki, Doritos poketlərində 13 musiqi yer alacaq ki, onların da siyahısı aşağıdakı kimidir:

“Flash Light” – Parliament

“Father and Son” – Yusuf / Cat Stevens

“Surrender” – Cheap Trick

“Wham Bam Shang-A-Lang” – Silver

“Come a Little Bit Closer” – Jay & the Americans

“Brandy (You’re a Fine Girl)” – Looking Glass

“My Sweet Lord” – George Harrison

“Southern Nights” – Glen Campbell

“Bring It on Home to Me” – Sam Cooke

“The Chain” – Fleetwood Mac

“Lake Shore Drive” – Aliotta Haynes Jeremiah

“Fox on the Run” – Sweet

“Mr. Blue Sky” – Electric Light Orchestra