Facebook sosial mediada yayılan yalan xəbərləri azaltmaq üçün tədbir görməyə başlayıb
İlk Fransada tətbiqinə başlanılan bu layihə yaxında digər ölkələrə də yayılacaq.
İstiadəçilərin Facebook hesablarının ələ keçirilməsi problemi ilə məşğul olan Facebook yalan xəbərləri aradan qaldırmaq üçün video və şəkilləri yoxlamağa başlayıb.
Donald Trump-ın ABŞ-dakı seçim kampanyasında fəaliyyət göstərən Cambridge Analytica adlı analiz şirkəti tərəfindən 50 milyon istifadəçinin Facebook hesabı ələ keçirildikdən sonra bir sıra problemlər yaşayan sosial şəbəkə indi isə yalan xəbərlər ilə mübarizə aparmaq üçün yeni layihə yaradıb.
Cümə günü verdiyi açıqlamalarda bu layihə barədə danışan Facebook-un səlahiyyətlə şəxsləri, bu videoları və şəkilləri yoxlamağı beynəlxalq xəbər agentliyi olan AFP-nin köməkliyi ilə etdiklərini demişdi. Facebook-un menecerlərindən biri olan Tessa Lyons Fransada tətbiq olunacaq bu layihənin seçimlə bağlı yalnış məlumatların verilməsinə qarşı mübarizədə böyük rol oynayacağını deyib. Lyons, həmçinin yalan xəbərlərin yayılmasının qaşısına alınmasına digər ölkələrdə də başlayacaqlırını bidlirib.
Onu da xatırladaq ki, Facebook əvvəllər yalnız istifadəçilər tərəfindən şikayət gəldikdə problemi həll etmək üçün hərəkətə keçirdi.