Dünyadakı ən böyük sosial şəbəkə olan Facebook Google, Microsoft və Twitter kimi texnologiya nəhəngləri kimi kripto valyuta reklamlarını qadağan edəcəyini elan etmişdi. Bu qadağaya səbəb kimi isə kripto valyuta reklamlarının çaşdırıcı və aldadıcı tətbiqlərlə əlaqəli olması göstərilirdi. Lakin, görünən budur ki, əlavə mənfəətindən məhrum qalmaq istəməyən Facebook bu mövzuda geriyə addım atdı.
Belə ki, Facebook işçisi Rob Leathern kripto valyutalar barədə olan reklamlardakı mənfi halları aşkara çıxartma və silmə mövzusunda təkmilləşdirmələr edildikdən sonra qanun-qaydaları yenidən nəzərdən keçirəcəklərini elan edib. Yəni, qadağanı ləğv etmək üçün "can atan" şirkət verdiyi açıqlamada bəzi kripto valyuta reklamlarına icazə verəcəyini bəyan edib.
Facebook hansı kripto valyuta reklamlarına icazə verəcək?
Facebook sözügedən reklamların təhlükəsizliyinin və qanunlara uyğunluğunun ciddi şəkildə yoxlanılacağını barədə danışarkən, 26 iyun 2018-ci il tarixindən etibarən daha əvvəl təsdiqlənmiş reklamverənlərdən gələn kripto valyuta və bu mözvu ilə əlaqəli reklamları yayımlayacağını elan edib. Buna baxmayaraq şirkətin ikili seçimləri və ICO-ları tanıdan reklamlarla bağlı qadağası davam edəcək.
"Pul şirin gəldi"
Facebook-un kripto valyutalar barəsində geriyə addım atması sektorda "pul şirin gəldi" kimi şərh edilib. Bunu da yaddan çıxartmayaq ki, dünyanın ən böyük sosial şəbəkəsinin əsas gəlirləri reklamların hesabına formalaşır. Ona görə də bu geri addımı gəlirlərdən məhrum qalmamaq istiqamətində atılmış bir addım kimi də başa düşmək olar.