Dünya miqyasında edilən müxtəlif tənzimləmələr kripto valyuta bazarının həcminin daralmasına səbəb oldu.
Kripto valyuta bazarları ilə əlaqədar müxtəlif ölkələrdə edilən tənzimləmə xəbərlərinin təsiri ilə bazarın həcmi 250 milyard dolların aşağısına düşdü. Dünya miqyasında sayı cəmi 9988 olan kripto valyuta birjalarında bazarın təyin edici qüvvəsi olan Bitcoin son 24 saatda gündəlik 2.34%-lik azalma ilə 6,938 dollardan əməliyyat olundu. Bu pul vahidinin bazar həcmi isə 112.45 milyard dollara qədər azaldı.
Dünya miqyasındakı bazarlarda əməliyyat görən 1559 ədəd kripto valyutanın yarandığı bazar həcmi isə 248 milyard 940 milyon dollar olduğu halda, bazarın son 24 saatlıq əməliyyat həcmi 10.9 milyard dollar olaraq hesablandı. Kripto valyuta bazarındakı gündəlik ən yüksək artım 19.62 % ilə Bitcoin Diamond-da, ən yüksək azalma isə 23.86 % ilə Centrality-da müşahidə olundu.
Ən yüksək həcmli ilk 10 kripto valyuta vahidinin dəyərindəki dəyişikliklər isə belədir: Stellar 0.24 % artığı halda, Bitcoin 2.34 %, Ethereum 2.99 %, Ripple 4.04 %, Bitcoin Cash 4.13 %, Litecoin 3.81 %, EOS 0.77 %, Cardano 1.61 %, NEO 3.22 %, Monero 4.40 % azaldı.
Mərkəzi bir orqan tərədindən tənzimlənmədikləri üçün rəqəmsal dünyanın pul vahidi olaraq bilinən kripto pullar eyni zamanda manipulyasiya və kiber hücumlar kimi təhdidlərlə üzləşir. Çirkli pulların yuyulması və oxşar qeyri-qanuni işlər üçün də istifadə oluna bilən bu pul vahidləri son aylarda həyata keçirilən qanuni tənzimləmələrin nəticəsində çətin günlərini yaşayır.