Facebook dronlar ilə internetə qoşulmanı təmin edən layihəsini ləğv etdiyini bildirib.
Facebook 2014-cü ildə başlatdığı Aquila Layihəsi çərçivəsindəki test uçuşlarını Google kimi rəqibləri qədər uzun müddət havadan internet təmin etməkdə yetərsiz olması səbəbilə dayandırdı.
Aqula Layihəsi 2014-cü ildən bəri davam edirdi.
Bunun əvəzində şirkət daha çox insanı internetlə təmin etmək cəhdlərilə Airbus kimi təyyarə istehsalçısı şirkətlərlə əməkdaşlıq edəcəyini planlaşdırdığını bildirdi.
Bu qərar bu texnologiyanın inkişafı üçün İngiltərənin Bridgwater şəhərində istifadə edilən təsisatın da bağlanacağı mənasını verir.
Facebook-un mühəndislik bölməsinin direktoru Yael Maguire bir blognot yazaraq “aviasiya sektrorundakı qabaqcıl şirkətlərin də bu texnologiyaya investisiya etməyə başlamasından həyəcan keçirdiklərini, bu inkişaf qarşısında öz cihazlarını yaratmaqdan imtina etdiklərini" açıqlayıb..
Havada 90 dəqiqə qalmışdı
Aquila Layihəsində yaradılan pilotsuz haca cihazı Boeing 737 qədər qanad genişliyinə sahib idi və standart bir avtombil ağırlığımda idi.
Gündüz günəş enerjisi, gecə isə batareya ilə işləyən cihaz test uçuşlarında 90 dəqiqiə havada qalmağı bacarmışdı.
Bununla belə Facebook-un cəhdləri Google-un Loon Layihəsi qarşısında zəif qaldı.
Loon Google-un üst şirkəti Alphabet-in təcrübə işlərini həyata keçirən X adlı gizli araşdırma birliyinin layihəsidir.
Loon Layihəsi pilotsuz cihazlar əvəzinə yüksəkliyə dayanıqlı hava şarlarından istifadə edir.
Loon Layihəsində inkişaf etdirilən hava şarları testlərdə ümumi olaraq 24 milyon km uçmağı bacardı. Ən uzun və davamlı uçuş isə 190 gün davam etdi.
2017-ci ildə bu hava şarları qasırğalarla sarsılan Puerto-Riko-da mobil telefon xidmətlərinin yaxşılaşdırılmasında istifadə edilmişdi.