Sosial mediya nəhəngi Facebook şəkil və video paylaşma platforması İnstagran ilə birləşdirilməyə hazırlanır. Yeni xüsusiyyət ilə hər kəsin profilinin üst qismində bir Facebook bildiriş ikonu yer alacaq.
Facebook bildirişlərindən sıxılanlar üçün pis, daima bildirişlərdən xəbərdar olmaq istəyənlər üçün yaxşı xəbər olan bu xüsusiyyəti aktiv etmək üçün Facebook ikonuna toxunaraq öz profilinizə giriş etməyiniz kifayət edəcək. Bu ikon vasitəsilə Facebook-a da birbaşa gedə biləcəksiniz.
İlk dəfə Reddit-də tətbiqin beta versiyasını istifadə edən istifadəçi tərəfindən görünən, daha sonra isə bəzi beta versiya istifadəçisi olmayanlarda da görünən bu yeniliyin üzərində işlədiklərini bildirən İnstagram əməkdaşı TechCrunch-a açıqlamasında bunları dedi:
İnsanları Facebook, Messenger və Instagram hesabları arasında asanlıqla keçid etməyə kömək etmək yollarını araşdırırıq.
Bu xüsusiyyət Facebook-a İnstagram-ın populyarlığından yararlanmaqla kömək edə bilər, xüsusilə gənc istifadəçilərin Facebook istifadəsinin azaldığını nəzərə alsaq. Digər bir yandan isə şirkət insanları əsas tətbiqlərinə yönəltməyə səy göstərərkən, Facebook bildirişləri də getdikcə aqressiv bir hal alır. Yeniliyin ümumi istifadəyə nə zaman veriləcəyi məlum deyil.