Ən böyük saytların ilk qurulduğu vaxtlarda necə göründüyünü bilirsinizmi?

Ən böyük Websaytlar ilk yarandıqları vaxt necə görünürdülər

Dünyanın ən çox ziyarət edilən saytların ilk dəfə qurulduqda necə göründüyü barədə fikirləriniz var? O zaman baxaq.

 

Google

Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələri Larry Page və Sergey Brin tədqiqat lahiyəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçe dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi.

Facebook

Əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları tərəfindən qoyulmuşdur. An etibarı ilə dünyada ən böyük sosial şəbəkədir. İlk adı The Facebook idi.

Yahoo!

Yahoo, 1995-ci ildə Stenford universitetin tələbələri olan Ceri Yanq (Jerry Yang) və Deyvid Filo (David Filo) tərəfindən ABŞ-da yaradılmış internet portalıdır. Əvvəllər axtarış sistemi xidmətini verməkdə idi. Lakin, zamanla Yahoo-nun xidmət növləri genişləndirildi. Daha çox xidmət verməyə başladı. Məsələn, elektron poçt, xəbərlər, idman, birja, hava, oyunlar, işlər, alış-veriş, səyahət və s. kimi müxtəlif növ xidmətlər verməyə başladı.

Amazon

Amazon.com ilk qurulmuş vә ən böyük onlayn satış saytıdır. Adını Amazov çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır.

Twitter

Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Qısa müddətdə sürətlə məşhurlaşan Twitterin, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olmuş və “İnternetin SMS-i” kimi tanınmışdır. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilirlər. 

NYTimes

The New York Times qəzetinin saytı 22 yanvar 1996-cı il tarixində yaradılmışdır. NYTimes.com saytına 2008-ci ildə ildə ən az 146 milyon ziyarətçi baş çəkmişdir. 

 

MySpace

Əsası 2003-cü ildə qoyulan, virtual aləmdə internet istifadəçiləri arasında ünsiyyət qurulmasına xidmət edən, istifadəçilərə fərdi profillər, bloqlar yaratmağa, şəkillər, musiqi və videolar paylaşmağa imkan verən sosial şəbəkədir. Qurulduğu dövrdə sosial şəbəkənin baş ofisi Beverly Hillsdə yerləşmişdir. 16 Mart 2007-ci ildən etibarən isə baş ofis şəbəkənin mənsub olduğu News Corparation şirkətinin Nyu-Yorkdakı ofisinə köçürülmüşdür. Myspace xüsusilə hələ tanınmayan musiqiçilərə məşhurlaşmaları üçün geniş imkanlar yaradır. Bu musiqiçilər heç bir ödəniş etmədən öz mahnılarını sayta yerləşdirib internet istifadəçilərinin ixtiyarına verə bilirlər. Myspace yüklənən musiqi əsərlərinin müəllif hüquqlarını musiqini yükləyən istifadəçidən tələb etmir, yəni bu sayt bir növ pulsuz reklam saytıdır. Sayta şəkillər və şəxsi məlumatlar da əlavə oluna bilər.

Mashable

Mashable, .Şotlandiya'nın Aberdin şəhərində Pete Cashmore tərəfindən 2005-ci ilin iyul ayında təsis edilib. Mashable 2009-cu ildə ən yaxşı 25 bloqdan biri olaraq tarixə keçib. 2015-ci ilin noyabr ayında Facebook-da 6 milyondan çox, Twitter-də isə 3,200,000-dən çox pərəstişkara sahib olmuşdur. 2016-cı ilin iyun ayında Whalerock Industries-dən CineFix YouTube kanalı satın almışdır.