Dünyanın ən güclü kompüteri müəyyən oldu

ABŞ süni zəka mərkəzli Summit-i ilə Çinin tacını geri aldı

Uzun zamandır dünyanın ən sürətli super kompüterinə ev sahibliyi edən Çin bu mövqeyini ötən günlərdə itirdi. İBM və ABŞ-ın Enerji Departamentinin birgə işi sayəsində meydana çıxan yeni super kompüter işləmə gücü ilə Çindəkini arxada qoydu, dünyanən ən güclü kompüteri oldu.

200 petaflop - saniyədə 200 kvadrilyon hesablama işi görə biləcək sürətdə işləyə bilən super kompüteri Summit-i tanıdan ABŞ Çinun 93 petaflopluq super kompüteri Sunway TaihuLight-ı çox geridə qoydu. Summit 4608 serverdən ibarətdir və əhatə etdiyi sahə iki tennis kortu həcmindədir.

Oak Ridge Milli Laboratoriyası

9000 ədəd 22 nüvəli IBM Power9 prosessoruna sahib olan kompüterdə 27 min Nvidia Tesla V100 GPU var. Süni zəka araşdırmalarını yerinə yetirmək, tibb, fizika, iqlim modelləşdirilməsi və başqa sahələrdə maşın öyrənməsi və dərin öyrənmədən istifadə edə bilmək üçün xüsusi olaraq yaradılmış Summit-in tempraturunu azaltmaq üçün sistemə dəqiqədə 15 200 litr soyuq su yeridilir. Kompüterin aylıq enerji sərfiyatı isə 8100 evin aylıq enerji sərfiyatına bərabərdir.