Dünyanın ən böyük radio teleskopu fəaliyyətə başladı

Dünyanın ən böyük radio teleskopu Çinin cənub-qərbindəki Guizhou bölgəsindəki dağlıq sahədə fəaliyyətə başladı. 500 metrlik diametri olan FAST radio teleskopunun kosmosda həyat axtarışı işlərini yerinə yetirəcəyi planlaşdırılır . Çinin rəsmi Xinhua xəbər agentliyi inşasına 2011-ci ildə başlanan və 180 milyon dollara başa gələn FAST-ın daha əvvəl dünyanın ən böyük teleskopu olaraq qəbul edilən Puerto Ricodakı Arecibo Rəsədxanasını üstələdiyini ifadə etdi.


Çin Astronomiya Birliyinin Direktoru Wu Xiangping 4 min 450 paneldən ibarət olan teleskopun yüksək dərəcəli həssaslığı sayəsində kosmosda ağıllı həyat axtarışı ilə yanaşı komet partlamalarına gətirib çıxaran neytron ulduzların hərəkətlərini də izləyəcəyini ifadə etdi. Çin kosmos işləri çərçivəsində milyardlarla dollarlıq bir program icra edir. 2020-ci ilə qədər orbitdə qalıcı bir kosmos stansiyası qurmağı hədəfləyən Çin, Aya insan göndərməyi planlaşdırır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .