Bu gün sizlərə maraqlı bir xəbərimiz olacaq. Maraqlı və bir o qədər də müəmmalı.
İran dövlət televiziyası IRIB-ın xəbərinə görə ABŞ-lı şirkət, İranlı istifadəçilərin şirkətin mobil tətbiq mağazası olan AppStore-a çıxış imkanına qadağa qoydu.
Bilidiyimiz kimi dünyanın qabaqcıl smartfon və texnoloji məhsul istehsalçılarından olan Apple, Vaşinqton rəhbərliyinin Tehrana tətbiq etdiyi sanksiyalar səbəbiylə İrana rəsmi olaraq cihaz satışı reallaşdıra bilmirdi, lakin İran əhalisinin bir çox hissəsi digər ölkələrdən gətirilmiş Apple məhsullarını istifadə edirdi.
Apple hələ keçən ilin avqust ayında da İranlı developerlərə aid iOS tətbiqlərini AppStore-dan silmişdi. İran Xəbər və İnformasiya Texnologiyaları Naziri Məhəmməd Cavad Azeri Cehromi hadisə ilə bağlı açıqlamasında, ölkədəki smartfon bazarının 0,01 hissəsinin Apple-ə aid olduğunu xatırladaraq, "Müştəri hüquqlarına hörmət etmək, Apple-ın bu günə qədər əməl etmədiyi bir qanundur. Mövzunu nəzarətdə saxlayacayıq" demişdi.
Apple şirkəti hələ mövzu ilə bağlı açıqlama etməyib. Təbii ki, bizim üçün də bu mövzunun necə nəticələnəyi və Apple-ın verəcəyi açıqlama çox maraqlıdır.