Apple şirkəti iPhone oğrularına qarşı yeni sistemlər yaradır!

Apple şirkəti yeni tədbirlərlə iPhone oğrularını fikirlərindən daşındıracaq. İndiki dövrdə telefon oğrularının sayı ciddi dərəcədə artmış vəziyyətdədir. Bu səbəblə mobil cihaz istehsalçılarının oğrulara gördüyü tədbirlər də hər gün inkişaf edir. Sözü gedən mövzuyla əlaqəli Apple şirkəti yeni bir sistem yaratmaq üçün işlərə başlayıb. Apple-ın telefon oğrularına qarşı iki fərqli qorunması mövcuddur. Bunlardan ilki barmaq izi oxuyucu sensordur. Bir Apple istifadəçisisinizsə barmaq izinizi yadda saxlamaq üçün fərqli istiqamətlərdən barmağınızı sensora tanıtmalı olduğunuzu bilirsiniz. Belə bir sensor telefonu oğurlayan adamın barmaq izini oxumaq üçün kafidir deyə bilmərik. Apple-ın prioriteti telefonu istifadə edən adamın barmaq izini rahatlıqla və effektli bir şəkildə skan edə biləcək çox güclü bir sensordur.


Bu sensor sayəsində oğurlanan iPhone onu istifadə edən adamın barmaq izini oxuyaraq lazımlı məlumatı Apple-ə göndərə bilər (yəni telefonunuzu oğurlayan adamın barmaq izi əlinizdə olacaq, bu isə o adamın tapılmasını daha asanlaşdıracaq). İkinci bir həll isə oğrunun fotoşəkilini çəkməkdir. Bu sistem Android cihazlarda bir növ mövcuddur. Bəzi tətbiqlər kilidlənmiş ekrandakı şifrəni müəyyən saydan sonra daxil etdikdə səhv daxil edənlərin fotoşəkillərini çəkərək qeyd edir. Apple-ın da buna oxşar bir sistemə yer verəcəyindən bəhs edilir. Bu təhlükəsizlik tədbirləri yeni iPhone və yeni iOS versiyasında qarşımıza çıxacaqmı zaman göstərəcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .