Adobe Scan tətbiqi ilə siz çekləri ,qeydləri ,sənədləri ,rəsmləri yenidən istifadə edə biləcəyiniz məzmuna malik Adobe PDF sənədlərinə çevirib saxlaya və paylaşa bilərsiniz.
Andorid kamera ilə Adobe Scan necə istifadə olunur?
-Şəklini çəkin . Lazım olan məlumatı diqqətli bir şəkildə skan edin. Inkişaf etmiş görüntü texnologiyası kənarları avtomatik olaraq tanıyacaq və skan edilmiş görüntünü dəqiqləşdirəcək. -Redaktə edin. Qeydə alınmış görüntüləri sizə lazım olacaq şəkildə sıralayın ,kəsin ,döndərin və rəngini quraşdırın.
-Avtomatik mətn tanıma xüsusiyyətinə malik yüksək keyfiyyətli Adobe PDF sənədlərinə çevirin.
Adobe Scan tətbiqinin digər xüsusiyyətləri:
- Hər şeyi istədyiniz yerdən və istədiyiniz zaman skan edin. Formalar ,çeklər ,qeydlər və s. qeydə ala bilərsiniz və eyni zamanda çox səhifli sənədləri belə skan edə və tək bir toxunuşla PDF olaraq qeyd edə bilərsiniz.
-Ödənişsiz daxili optik xarakter tanıma (OCR) sayəsində Adobe Acrobat Reader-də istifadə edə biləcəyiniz yüksək keyfiyyətli bir PDF yaradaraq skan edilmiş məlumatı yenidən istifadə edə bilərsiniz.