Mobil telefonlar haqqında bilmədiyiniz 10 məlumat

Müasir dövrümüzü mobil telefonlar olmadan təsəvvür etmək mümkün deyil.

Mobil telefonlar hər an, hər dəqiqə yanımızda olan cihazdır. Həyatımızda önəmli bir yeri tutan və günü-gündən inkişaf edən bu cihazlar haqqında hər keçən gün yeni məlumatlar öyrənirik. Mobil telefonlar haqqında bilmədiyimiz məlumatlar:

1."Fantom titrəşim sendromu" bir insanın telefonunun titrədiyini zənn edərək əlini cibinə aparması, lakin, əslində, telefonunun titrəməmiş olmasıdır. Başqa sözlə insanlarda "telefonum titrədi" hissi yaradan psixolojik təsirdir.

2. Ağıllı telefon istifadəçilərinin təxminən 25%-i klaviaturaya baxmadan rahatca mətn yaza bilir.

3. Nokia, əslində, 1865-ci ildə quruldu. Firmanın əsas işi kağız istehsalı idi.

4.1980-ci illərdə istifadəçilərə təqdim olunan ilk mobil telefonu Nokia istehsal etmişdi.

5. İlk reklam məqsədli mətn mesajı 1992-ci ilin dekabr tarixində göndərilmişdir.

6.Günümüzdə hər gün göndərilən SMS sayı dünya nüfuzundan çoxdur.

7. Dünya nüfuzunun, demək olar ki, yarısı həyatı boyunca bir dəfə belə telefonla danışmayıb.

8.Görmə qüsurlu insanların telefon istifadə edə bilməsi üçün Braille əlifbası olan aksesuarlar ağıllı telefonlarda mövcuddur.

9.Dünyada ən yüksək qiymətə satılan mobil telefon nömrəsi "666-66-66" idi. Bir hərracda 2.7 milyon dollara satıldı.

10.İlk dizayn olunan IPhone prototipi əslində bir alma şəklindəydi.