Məşhur online kino/film provayderi Netflix Root-un qarşısını almaq üçün qəribə bir yola əl atıb. Netflix-in 5.0.4 versiyası artıq Root-lu Android cihazlarda işləmir. Buna səbəb olaraq isə Widevine DRM-in Root əməliyyatı ilə qırıla bilmə ehtimalı göstərilir.
Root-lu Android cihazlarda əgər Widevine DRM-də bir təhlükəsizlik açığı yaranarsa Netflix-dəki bütün məhsullar 4K formatında pirat versiya olaraq internetdə yayıla bilər. Netflix də bu riski gözə almaq yerinə onsuz da zəmanətdən kənarda qalan Root-lu cihazlara verdiyi dəstəyi kəsməyi qərara alıb.
Əgər Root-lu Android cihazından Netflix izləyirsinizsə son yeniləmədən sonra təəssüf ki, izləyə bilməyəcəksiniz. Yenidən Netflix izləmək üçün isə cihazınızdan Root icazəsini ləğv etməyiniz mütləqdir.