Google bir neçə gün öncə Android-in tətbiq mağazası olan Google Play Store-daki təklükəli tətbiqləri necə əngəllədiyi haqqında bir video paylaşmışdı. Bu videoda Google Play Store-dakı tətbiqlərin 0,05%-nin təhlükəli olduğunu Google dürüst şəkildə boynuna alır. Sonda mövzuya əlavə olaraq bu göstəricinin 2015-ci ildə 0,15% olduğunu da qeyd edib.
Təhlükəsizliyə son vaxtlar gec də olsa əhəmiyyət verən Google Android cihazlar üçün hər ay müntəzəm olaraq təhlükəsizliyin daha da yaxşılaşdırılması üçün yeniləmələr göndərir.
Google bu layihədə 730 milyondan çox Android cihaza təhlükəsizlik yeniləməsi göndərməyi bacarıb. Sonda isə bazarın ən təhlükəsiz Android telefonlarının adı açıqlanıb.
Ən təhlükəsiz Android telefonlar:
Google Pixel
Google Pixel XL
Nexus 6P
Nexus 5X
Nexus 6
Nexus 5
Samsung Galaxy S7
Motorola Moto Z Droid
OPPO Neo 7
OnePlus 3
BQ Aquaris M5
Vivo V3 Max
LG V20
Sony Xperia X Compact