Nubia Red Magic Gaming telefonunu təqdim etdi.

Nubia yeni Red Magic Gaming telefonunu təqdim etdi. Yaxın zamanda Xiaomi öz Black Shark modelini tanıtmışdı. Görünür ki, Gaming model telefonların sayı getdikcə çoxalır. İlk öncə Razer təqdim etdi, ondan sonra isə Xiaomi və ardınca Nubia öz Gaming modellərini bizlərə təqdim etdi. Nubia-nın təqdim etdiyi Red Magic telefonu öz dizaynı ilə həm Black Shark-dan həmdə Razer Phone-dan daha gözəl görünür. Red Magic telefonun arxasında RGB rəngləndirməyə malik led işıq var. Bu isə telefonu digər Gaming telefonlarından ayıran ilk özəlliklərdən biridir. Bildiyimiz kimi hal-hazırda Gaming aksessuarların bir çoxu RGB rəngləndirməyə malikdir. Bu RGB rəngləndirmə bir çox istifadəçinin marağını çəkdiyi üçün təxmini olaraq bütün Gaming aksessuar istehsal edən şirkətlər tərəfindən istifadə olunur. Düzdü Nubia-nın Red Magic telefonu ən son texniki xüsusiyətlərə malik olmasada dizayn cəhətdən digər Gaming telefonlardan daha gözəl görsənir.

Texniki xüsusiyyətlərinə baxdıqda Red Magic Snapdragon 835 prosessoruna malikdir. Snapdragon 845-dən istifadə edilməməsinin səbəbi bilinmir. Bəlkə də şirkət telefonun daha ucuz olması üçün bu prosessordan istifadə edib. Ekran 120 Hz təzləməyə malik deyil. Amma Razer Phone-da 120 Hz ekran təzələmə xüsusiyyəti var ki, buda həmin telefonu daha üstün olduğunu təsdiq edir. Telefonu ram və yaddaşı 2 seçimdə təqdim ediləcək

1)6 GB Ram/ 64 GB yaddaş

2)8 GB Ram/ 128 GB yaddaş

 

Telefonda 3800 mAh batareya var. Bu batareya həcmi telefondan gün ərzində rahatlıqla istifadəyə imkan verəcək. Red Magic-də 24 MP arxa kamera, 8 MP qabaq kamera yerləşdirilib. Telefonun daha stabil və daha yaxşı performans göstərməsi üçün GameBoost proqramıda istifadəyə veriləcək. Bu Gaming telefonlarının təqdim edilməsi əsasən MOBA oyunlarını oynuyanlar üçün nəzərdə tutulur. Əsasəndə Çində məhşur olan MOBA oyunları və həmçinin digər regionlarda PUBG, Fortnite kimi oyunlar bele telefonların istehsalına tələb yaradır.

Nubia Red Magic telefonunun qiyməti 2 cür olacaq.

1)2499 yuan ( 397$)

2)2999 yuan ( 477$)